Növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təqvim açıqlandı

Növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təqvim açıqlandı
08:23 27 Aprel 2018
99 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ali Seçki Komissiyası (ASK) iyunun 24-də ölkədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təqvimi açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ölkədə keçiriləcək 27-ci çağırış parlament seçkilərinə aprelin 30-da start veriləcək. Siyasi partiyalar prezidentliyə namizədlərini mayın 1-dən 5-dək ASK-ya təqdim edə biləcəklər. Mayın 4-dən 9-dək prezidentliyə namizədlər üçün 100 min imza toplanıb təhvil verilməlidir. Ali Seçki Komissiyası təbliğat-təşviqat kampaniyası, eləcə də xaricdəki səsvermə prosesi ilə bağlı qrafiki də müəyyən edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/region/238991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR