Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşmək üçün Cənubi Koreyaya səfər edib.

Metbuat.az "Miliyyet"ə istinadən xəbər verir ki, Cənubi Koreya sərhədini yeriyərək keçən Kim Çen In həmkarı ilə Sülh Evinə gedib (Peace House).

Tarixi görüşdə Şimali Koreyanın nüvə silahı ilə bağlı yenilikləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Kim Çen In 1953-cü ildə baş verən Koreya müharibəsindən sonra Cənub torpaqlarına keçən ilk Şimali Koreya lideri olub.

Aysel Yaqubqızı / Metbuat.az