ABŞ-ın yeni xarici işlər naziri Mayk Pompeo NATO-nun bu gün Brüsseldə keçirilən toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi NATO toplantısı çərçivəsində başda Xarici işlər naziri Çavuşoğlu və İtaliya xarici işlər naziri Angeliono Alfano olmaq üzrə ikili görüşlər keçirəcəyini bildirib.

Nauert görüş zamanı Əfqanıstan, Rusiya və NATO-nun əhəmiyyəti kimi məsələlərin müzakirə ediləcəyini ifadə edib.

Aysel Yaqubqızı / Metbuat.az