İranda 11 qadının ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı detallar ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, təyyarədə tapılan səs yazılarına görə, pilotlar sürət nümayişlərində fərqlilik olduğu üçün təyyarənin sürətini artıra bilməyiblər.
Nəticədə, təyyarə havada qala bilməyib və düşüb.
Cənazəsi hələ də tapılmayan kapitan pilot Beril Gebeş təyyarəni havada saxlamaq üçün son ana qədər mübarizə aparıb, ancaq nəticə almayıb.
Təyyarənin kabinindən ən son "Allahım, bizə yardım et" və Gebeşin problemi həll etmək üçün işlətdiyi sözlər gəlib.
Aysel Yaqubqızı / Metbuat.az