Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozu yaxşılaşdırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bankın yenilənmiş hesabatında deyilir.
Belə ki, AYİB cari ildə Azərbaycan ÜDM-nin artımı üzrə proqnozlarını 2-dən 2,5 faizədək artırıb.
2019-cu ildə isə bank artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
Milli.Az