Saçlarını kəsdirdikdən sonra özünü Sibel Cana oxşatdığı barədə dedi-qodular çoxalan Şəbnəm Tovuzlu "Hər şey daxil"də qonaq olub.

Milli.Az xəbər verir ki, aparıcı Tolik Şəbnəmin anasının gənclik fotosunun ekrana gətirilməsini istəyib. Qısa saçlı qadının Şəbnəmə nə qədər çox bənzədiyi görənləri heyrətləndirib. Tolik "Heç o vaxtı Sibel Can yox idi" sözləri ilə xanım müğənnini imicindəki dəyişikliyə görə müdafiə edib.

Şəbnəm həmin şəkil çəkdirildikdən təxminən 5-6 ay sonra anasının dünyasını dəyişdiyini qeyd edib. Bu açıqlama studiadakıları üzüb.

Məhəmməd Vaqif
Milli.Az