Əcnəbilərin (xarici vətəndaşların) olduğu yer üzrə qeydiyyatı artıq ölkəmizdə olan bütün "ASAN Xidmət" mərkəzlərində həyata keçirilə bilər.
Milli.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, buna görə heç bir ödəniş də tələb edilmir: "Keçən həftə başladıqda bu xidmət yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edirdi. Regionlarımızın sakinləri və qonaqlar bu mərkəzlərdə asan formada qeydiyyata düşə bilərlər. Xidmət üçün rüsum, ödəniş yoxdur".
Qeyd edək ki, mayın 17-də Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq "ASAN xidmət" mərkəzlərində də həyata keçiriləcək.
Əcnəbilərin Azərbaycanda qeydiyyatı ASANlaşdı
Memoranduma əsasən, Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin "ASAN xidmət" mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər.
Bununla olduğu yer üzrə qeydiyyat prosesində şəffaflıq, rahatlıq təmin ediləcək, mümkün növbələrin qarşısı alınacaq, xidmətdən istifadə məmnunluğu artacaq və şəxslərin müraciət imkanları genişlənəcək.
Əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı "ASAN xidmət" mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarına uyğun aparılacaq.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla);
Qeyd edək ki, ölkə ərazisində olduğu yer üzrə qeydiyyata birbaşa müraciətlə yanaşı, həmçinin DMX-nin rəsmi saytı (migration.gov.az), elektron hökumət portalı (www.e-gov.az) və elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə elektron qaydada da düşmək olar.
Xatırladaq ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən, Azərbaycanda 10 gündən artıq qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri də olduğu yer üzrə qeydiyyata alınma üçün müraciət edə bilərlər.