ABŞ və İsraildən TƏCİLİ ZƏRBƏ – Rusiyadan dəhşətli müharibənin ANONSU

ABŞ və İsraildən TƏCİLİ ZƏRBƏ – Rusiyadan dəhşətli müharibənin ANONSU
05:48 22 May 2018
149 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya, Çin və Avropa üçlüyünün (İngiltərə, Fransa və Almaniya –red.) səyləriylə İran nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planını saxlamaq mümkün olmasa, ABŞ-ın İran barəsində avantürizm siyasəti Yaxın Şərqdə yeni müharibəyə gətirib çıxara bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun beynəlxalq təhlükəsizlik və beynəlxaql münasibətlər Mərkəzinin başçısı Aleksey Arbatov bildirib.

“ABŞ və İranın münasibətlərində qarşıdurmanın yalnız ciddi eskalasiyası haqqında deyil, böhranın yeni bumu haqqında danışmaq olar”, - Arbatov deyib.

Onun fikrincə, ABŞ və İran arasında qarşıdurmanın yeni burumu Yaxın Şərqdə yeni müharibə ilə bitə bilər.

“Rusiya, Çin və Avropa üçlüyünün səyləriylə İran nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planını saxlamaq mümkün olmasa, İran nüvə proqramını yeniləyəcək. Bu halda, İsrail tərəfindən təcili zərbəni izləyəcəyik. Mümkündür ki, bunu ABŞ-la birlikdə etsin. Yeni müharibə baş verəcək, çünki İran onda olan vasitələrlə cavab verəcək”.

Qeyd edək k, bu gün Vaşinqtonda “Heritage Foundation” çıxış edən ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqton İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planına riayət etməyə hazırlaşmadığını bildirib.

“Əgər İran rejimi keçmişdə seçilmiş kursunu əvəz etməsə, sanksiyalar gücləndiriləcək. İran bütün tarixi ərzində ən güclü sanksiyaları alacaq”, - Pompeo deyib.

Mayk Pompeo İrana qarşı sanksiyaların yumşaldılması üçün İranın nüvə və raket proqramlarının dayandırılması üzrə 12 əsas tələbini açıqlayıb, həmçinin qoşunların Suriyadan çıxarılması da daxil olmaqla, regionda “pisniyyətli təsir”in azaldılmasının vacibliyini dilə gətirib. Dövlət katibi söz verib ki, ABŞ “İran təcavüzü”nünü saxlayacaqlar və Tehrana görünməmiş miqyasda maliyyə təzyiqi göstərəcək.

Onun sözlərinə görə, hazırda tətbiq edilən sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də İranla imzalanan nüvə sazişindən çəkildiklərini açıqlayıb. O, iddia edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə almır. ABŞ-ın bu qərarına baxmayaraq, sazişin iştirakçıları olan Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya ona riayət edəcəkləyini bəyan edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neareast/241715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR