Göygöldə qəzada xəsarət alanların kimlikləri bilindi

Göygöldə qəzada xəsarət alanların kimlikləri bilindi
09:42 24 May 2018
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Göygöl şəhərinin Toğanalı kəndi istiqamətində olan çıxışında baş verib. Göygöldə baş verən yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

Hərəkətdə olan "Opel" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində sürücü və sərnişin ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Qəzada xəsarət alanların kimlikləri məlum olub.

"Opel" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində Gəncə şəhər sakinləri - 1983-cü il təvəllüdlü Səmədov Ramiz Raquf oğlu və 1986-cı il təvəllüdlü Rəhimov Bəxtiyar İsmayıl oğlu müxtəlif bədən xəsarətləri alaraq, Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti orta ağır birinki isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/653364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR