AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun final matçı olan "Keşlə" - "Qəbələ" oyununda "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 88-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

Oyunun 55-ci dəqiqəsində "Qəbələ"nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ"nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

Milli.Az