Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan
iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in
informasiya departamentinin direktor müavini Artyom Kojin
deyib.
Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya xarici işlər
naziri Serqey Lavrovla görüşəcək.
“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və
ikitərəfli münasibətlər müzakirə olunacaq”, - deyə o bildirib.
Asif