ARB TV-nin “Sirdaş Rövşanə” verlişinin növbəti qonağı
müğənni Əlikram Bayramov olub.
Publika.az xəbər verir ki, Ə.Bayramov Roza
Zərgərlinin necə toy tutduğunun sirrini açıqlayıb:
“Xalqın sevgisini qazanmaq çətindir. Roza Zərgərli mənim “Qırmızı
Güllər” mahnımı oxudu. O vaxta kimi Roza xanım çox mahnılar
oxumuşdu. Amma Roza xanım mənim mahnımı oxudu ki, onu toylara
aparsınlar. Qısası, bu mahnını pul qazanmaq üçün oxudu. Mən də onun
yolunu bilirəm”.