AMEA-nın Respublika Seysmologiya Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yerin 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.