Havay adalarında ötən aydan bəri fasiləsiz püskürən Kilauea vulkanının yaxınlığında Rixter şkalası ilə 5,5 bal gücündə zəlzələ baş verib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ Geologiya Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Havayian Peradays Park bölgəsindən 40 km aralıda, 1,5 km dərinlikdədir.
Böyük Adada yerləşən Kilauea dünyanın ən aktiv, fəaliyyətdə olan vulkanlarından biridir. O, 1983-cü ilin yanvarın 2-də "canlanıb" və indiyədək püskürür. Mayın əvvəlində vulkanın daha aktiv püskürməsi nəticəsində 10 min insan yaşayış məntəqələrindən təlxiyə olunub.
Vulkan 3 şəhərcikdə yüzlərlə binanı yandırıb kül edib, gölü qurudub.
Laylani Esteyts şəhəri ilə yanaşı, Kapoho və Uekeyşenlend kurort qəsəbələrində də yüzlərlə bina yanıb.
Qaynar lava axını Kapoho körfəzinin sahillərinə çatıb.
Kapoho Biç Lous və Kaundlend Stritdə yanıb kül olmuş 159 ev arasında Havay adalarının meri Harri Kimin də evi var.
Ümumiyyətlə isə, 540 evin yandığı deyilir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

