ATV kanalında yayımlanan "Maşın" realiti şousunda yenə qalmaqallı anlar yaşanıb.
Milli.Az bildirir ki, şounun keçmiş iştirakçısı Vüqar Vüqarlının İlhaməni mərd adlandırması Roza Zərgərlini qıcıqlandırıb:
"Siz 5 nəfər bir qadını təklədiniz. Unutma bunu. İlhaməni burada heç kim təkləməyib. 5 kişi birləşib Qaraqanın əli ilə məni çıxartdınız. İlhamə bəli, mərd qızdır. Sözünü deyən qızdır. Amma insanın canına qorxu düşəndə sığınacaq axtarır. Bu, mərdlik deyil. Mərdlik başqa cür olur. Mərdlik düz sözdə olur, mərdlik insan tək mübarizə aparmağı bacaran zaman olur".
Qeyd edək ki, hazırda şou aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

