Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Metbuat.az-a verilən məlumata görə, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 167 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Puta stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Bakıda film kimi cinayət - Ürəyindən bıçaqlanan sürücü ... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR