Tanınmış kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımov "Milli Kino" mükafatına layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Milli.Az-a bildirib ki, İttifaqın katibi, xalq artisti, professor Oqtay Mirqasımov Azərbaycan kinosuna verdiyi töfhələrə və 75 illik yubileyi münasibətiylə Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə 2018-ci ilin "Milli Kino" mükafatına (mükafatı 2000 manat) layiq görülüb.

Əli Vəliyev, həmçinin açıqlamasında qeyd edib ki, Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan "Milli Kino" mükafatı yaxın günlərdə xalq artistinə təntənəli şəkildə təqdim ediləcək.

Milli.Az