Dəfələrlə demişm. Son günlər təzyiqim qalxır, əsəblərim korlanırdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Rühəngiz Musəvi deyib. "Maşın" şounu tərk edən müğənni peşman olmadığını deyib:

"Allah hamısına səbr versin. Burada çox şəffaf oyun keçirilir. Hamı əsəbidir. Çalışsınlar bir az sakit olsunlar. Əsas insanlıq, mehribançılıqdır. Roza Zərgərli, Aytən Səfərova, Uran, Abbas Bağırov güclüdürlər. Hər zaman şouya baxırdım, deyirdim gedim ora. Amma dərindən düşünürdüm ki, mən orada gedib qala bilmərəm. Mən də əsəbiləşdim, Əli Mirəliyevlə sözümüz çəpləşdi. Sənətimi, hörmətimi qoruyub saxlamışam. Məni yaşadan sənətimdir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şoudan gedən Rühəngiz Musəvi: "Əsəblərim korlanırdı" - VİDEOŞoudan gedən Rühəngiz Musəvidən açıqlama