Xəbər verdiyimiz kimi dünən “Maşın” şouda bloger Hüseyn Əzizoğlu qrupun lideri Roza Zərgərlinin əli ilə müğənni Abbas Bağırovu uzaqlaşdırıb.
Publika.az xəbər verir ki, əvvəlcə hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu deyən blogerin sağ göstərib sol vurması, sosial şəbəkədə də müzakirə mövzusu olub. Çoxları blogeri onun oyunda qalması üçün səs istəyən Abbas Bağırovu çıxartmasını tənqid edib.
İnstaqramda “Oğul tərbiyəsizlik edib atasını şoudan çıxartdı", "Ayıb olsun Hüseynə! Adamda atasına belə hörmətsizlik edər?!” və s. bu kimi çoxlu rəylər yazılıb.
Hətta H.Əzizoğlunun “mama”sı və “papa”sı ilə gülməli şəkilləri düzəldilib. Onları təqdim edirik: