"Maşın şou"nu iki məşhur birdən TƏRK ETDİ

"Maşın şou"da növbəti səsvermə günü keçirilib və şok anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, bu dəfə qutuya ən çox fotosu atılan şəxs Uran olub. Və o, hədəf olaraq Pərvin Abıyevanı göstərib.

Səsvermənin nəticələrinə əsasən Uran şouda qalıb. Ən maraqlısı isə nəticələr açıqlandıqdan sonra Pərvin Abıyevanın öz istəyi ilə şounu tərk etməsi olub.

Bunun ardınca Uran səsvermədə qalib gəldiyi və bir nəfəri çıxarmaq hüququ qazandığı üçün hədəfini dəyişib. Və Aytən Səfərovanı da şoudan uzaqlaşdırıb.

Beləliklə, "Maşın şou"da vaxtından əvvəl finalçılar müəyyənləşib:

Roza Zərgərli, Hüseyn Əzizoğlu və Uran.

Sərdar Məmmədov / Metbuat.az

Günün qoroskopu - Böyüklərin müdrik məsləhətlərini dinləyin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR