Əməkdar artist Abbas Bağırovun "Maşın" şoudan uzaqlaşdırılması hər kəsi təəccübləndirib. Artıq bir neçə gündür sosial şəbəkədə hər kəs bu mövzunu müzakirə edir və bloqqer Hüseyn Əzizoğlunun ünvanına tənqidlər səsləndirilir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Roza Zərgərli və bloqqer müğənninin şoudan uzaqlaşdırılmasına münasibət bildirib.
Roza "Mənim üçün 18 nəfərdən ən güclü rəqib Abbas idi. Oyunda hər üsul əladır" deyə bildirib.
H.Əzizoğlu isə "Abbas bizim üçün hərtərəfli güclü rəqib idi: həm maddi, həm güclü, həm də fiziki. Onu vurmağa yol axtarırdıq. Sonda tapdıq və vurduq" söyləyib.
Milli.Az