“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, doktor Lyuis Lyu tərəfindən Londonda təsis edilmiş “Eigen Technologies” şirkəti 3,5 il bundan əvvəl süni intellekt yaratmağa dair qərar verib. Hazırda şirkətin məhsulu hüquqşünas və bankirlər üçün mürəkkəb müqavilələrin təhlilini və mətndə konkret məsələlərin tapılmasını asanlaşdırır.
Cəlb edilmiş investisiyalar sayəsində şirkət genişlənərək yeni bazarlara çıxmağı planlaşdırır. Bundan başqa, “Eigen” şirkəti öz vaxtını və maliyyə vəsaitini süni intellekt imkanlarının hazırlanmasına və araşdırılmasına sərf edir.
Emil Hüseynov