Reper Uran “Maşın”dan əlindən çəkərək realiti-şounu tərk edib.

Publika.az xəbər verir ki, şounun yarımfinalında iştirakçılardan reper Uran, müğənni Roza Zərgərli və bloger Hüseyn Əzizoğlu qalmışdı. Oyunun üç finalçısından biri əlini çəkib.

Veriliş başlayandan Roza Zərgərli və Hüseyn Əzizoğlu ilə eyni qrupda olan reper səhhətində yaranmış bəzi problemlər ucbatından səhər saatlarında əlini maşından çəkib.

Avtomobil ətrafında olan Roza və Hüseyn isə saatlardır ayaq üstdə mübarizəyə davam edirlər.