"Maşın" çousunda finala iştirakçıları: müğənni Roza Zərgərli ilə blogger Hüseyn Əzizoğlu arasında dava düşüb.

Publika.az xəbər verir ki, 2 gün yuxusuz qalan şou iştirakçıları bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər. Mübahisənin yaranmasının səbəbi ilə Hüseyn gecə yatmamaq üçün mahnı oxuması olub.

H.Əzizoğlu Roza Zərgərliyə “Bu gün yorğunam. Oyaq qalmaq üçün ancaq mahnı oxumalıyam, harasa sakit dayanıb baxanda yuxum gəlir” , - deyə bildirib.

Bu zaman emosiyalarına hakim ola bilməyən R.Zərgərli “Səni ananın canına and verdim” deyərək maşının üzərindəki alçaları Hüseynin başına atıb. Bu zaman hər iki iştirakçı bir-birinin ünvanına ağır ittihamlar, hətta söyüş səsləndiriblər.

Roza Hüseynə "Demişdin ki, sənə görə əlimi çəkərəm. Səni bura kimi mən gətirmişəm. Əlini maşından çək" deyib. Hüseyn isə cavabında "And içməmişdim, çəkmirəm əlimi. Ölənə kimi burada dayanacam" söyləyib.

İddialara görə, “Maşın” realiti-şousunun qalibi müğənni Roza Zərgərli olub. Qalib bu gün keçiriləcək final gecəsində açıqlanacaq.