Ərdoğan Antarktikada baza yaratmaq istəyir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Ankaranın Antarktikada elmi baza yaratmağı planlaşdırdığını bəyan edib.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Ərdoğan öz “Twitter” hesabında məlumat yayıb.

Onun sözlərinə görə bu layihənin 2019-cu ildə gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Ərdoğan bildirib ki, həmin elmi bazanın hesabına Türkiyə cənub qütbündə stansiyaları olan dövlətlərin sırasına düşəcək.

Türkiyə lideri layihənin təfərrüatına varmayıb. Türkiyə Antarktika haqqında 1959-cu ildə bağlanmış beynəlxalq sazişin iştirakçılarındandır. Həmin sənədə görə, cənub qütbündə yalnız elmi fəaliyyətə icazə verilir.

Bu sazişə 50-dən çox ölkə üzvdür. Hazırda Antarktikada 20 ölkədən olan 90-a yaxın daimi və mövsümi stansiya fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR