Cazibədar aparıcıdan canlı yayımda İNANILMAZ HƏRƏKƏT: kişi qonaqlara... - VİDEO

Cazibədar aparıcıdan canlı yayımda İNANILMAZ HƏRƏKƏT: kişi qonaqlara... - VİDEO
12:08 19 İyun 2018
133 İdman
Ölkə mətbuatı
A- A+

Meksikanın şöhrəti dünyaya yayılan cazibədar hava proqnozu aparıcısı Yanet Qarsia futbol üzrə Dünya Çempionatında ölkəsinin milli komandasının bundan sonrakı oyunlarda da uğurlu çıxışı üçün qəribə ayin reallaşdırıb.

Publika.az xəbər verir ki, idman şərhçisi Enrike Bermudes de la Serna və aparıcı Xorxe Van Rankin qatıldığı proqramda hava durumunu təqdim edən qadın aparıcının ombasına təpik vurub.

27 yaşlı Yanet Qarsia Meksikanın dünyaca məşhur simalarından biridir. Gözəlliyi ilə hər kəsi özünə heyran qoymağı bacaran gənc aparıcının bu hərəkətinin ölkəsinə şans gətirəcəyi deyilir.

Qeyd edək ki, Meksika millisi çıxdığı ilk oyunda Dünya Çempionatının son qalibi olan Almaniyanı 1:0 hesabı ilə məğlub edib.

Nəzrin


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR