İmişlidəki zəhərlənmə ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA - "141 nəfər..."

İmişlidəki zəhərlənmə ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA - "141 nəfər..."
11:48 20 İyun 2018
Ölkə mətbuatı
A- A+

Dünən İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, xəstəxanaya 141 nəfər müraciət edib: "Hadisə ilə bağlı pambıq sahəsində çalışan şəxslərlə yanaşı, yerli əhali də narahat olaraq tədbir məqsədilə xəstəxanaya müraciət edib. Ümumi müraciətlərin sayı 141 nəfərdir. Müraciət edənlərin əksəriyyəti ambulator müayinədən sonra evə buraxılıb. Hazırda xəstəxanada 12 nəfər müalicəsini davam etdirir. Onların da vəziyyətləri stabildir. Həkim nəzarəti altındadır, özlərini yaxşı hiss etdiklərini deyiblər. Yenə də qeyd edirəm, elə şəxslər olub ki, zəhərlənmə ehtimalından narahat olduqları üçün yoxlanış məqsədilə müraciət diblər. O məqsədlə 141 nəfər müraciət edib və hamısına yardım göstərilib. Məsləhət olanlar xəstəxanada saxlanılıb, qalanı evə buraxılıb. Digər şəxslər də gün ərzində evə buraxılacaq".

S.Əhmədova əlavə edib ki, hadisənin baş vermə səbəbi analizlərin nəticələri açıqlandıqdan sonra bəlli olacaq.

Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Saatlı və Tərtər rayonlarında da baş vermişdi.

Könül


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/244845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR