Mundialla vidalaşan ilk

Dünya çempionatının B qrupu çərçivəsində ikinci matçını Portuqaliyaya qarşı keçirən Mərakeş yenə minimal hesablı məğlubiyyətə düçar olub.

Metbuat.az-ın məlumatına görə, bununla Renar Hervenin yetirmələri mundialla vidalaşan ilk komanda olub.

Birinci görüşdə İrana, bu gün isə Portuqaliyaya eyni hesabla (0:1) yenilən mərakeşlilər üçün son tur formallığa çevrilib. Komandanın İspaniya üzərində istənilən hesablı qalibiyyəti belə, onların imdadına yetişməyəcək.

Qeyd edək ki, İspaniya – Mərakeş qarşılaşması iyunun 25-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR