Misir millisinin kapitanı öz xalqından üzr istədi

Misir millisinin kapitanı öz xalqından üzr istədi
23:48 20 İyun 2018
83 İdman
Ölkə mətbuatı
A- A+

Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında ikinci görüşdə ev sahibi Rusiyaya 1:3 hesabı ilə məğlub olduqları üçün öz xalqından üzr istəyib.

Publika.az xəbər verir ki, komandanın qapıçısı üzrxahlığını Misir xalqına çatdıraraq deyib: “Heç bir futbolçu və baş məşqçi uduzmaq istəməz. Növbəti mərhələyə yüksəlmək şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik və bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur və hərdən uğur sənin tərəfində olmur”.

Essam əl-Hadari Misir yığmasının əvvəlki uğurlarını davam etdirməyə qadir olduğunu və komandada kütləvi dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb: “Bu komanda çoxlu nailiyyətə imza atıb. Bu uğurların gələcəkdə də davam etməsi əhəmiyyətlidir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR