ABŞ geoloji xidmətinin məlumatına əsasən, Sakit okeanda Vanuatu sahilləri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri paytaxt Port-Vila şəhərindən 30 kilometr qərbdə olub. Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Tsunami təhlükəsi elan olunmayıb.

Milli.Az