Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq edilib.
Publika.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.
Qeyd olunur ki, Gəncə şəhər 31 saylı usaq bağçasında müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb.
Valideynin şikayətinə cavab olaraq müəllimə deyib ki, Saranın üzünü digər uşaq dişləyib. Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.