Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

15:12 12 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 15:10 ]


Bakı. Fərid Mirzəyev - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumatı açıqlayıb.

 

ETSN-dən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 110-180, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir. 
 

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s olmaqla ongünlük normanın 71 faizini, 2014-cü ildə isə bu rəqəm 118 m3/s olmaqla ongünlük normanın 74 faizi qədərdir. 
 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edib. 2014-cü ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
 
Yanvarın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 12, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 11 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. 
 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2014-cü il yanvarın 12-də 436 sm), Şirvanda 249 sm (2014-cü il yanvarın 12-də 320 sm), Salyanda 211 sm (2014-cü il yanvarın 12-də 300 sm), Bankədə 195 sm (2014-cü il yanvarın 12-də 246 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2014-cü il yanvarın 12-də 195 sm) təşkil edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR