Sarkisyan 5 rayonu qaytarmağa hazırlaşıb?

İyulun 1-də işğaldan azad edilən Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfrans keçirilib.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, konfransda Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin və ictimai xadim Maksim Şevçenko iştirak edib. Konfrans iştirakçıları Azərbaycan ordusunun mövqelərində olub və əsgərlərə ugurlar arzulayıblar.

Təbii ki, məsələ Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən xoş qarşılanmayıb. Ermənistan XİN mətbuat katibi Tiqran Balayan səfərə münasibət bildirərkən qeyd edib ki, bu çox detallı və diqqətlə hazırlanmış bir səfərdir.


"Regnum" agentliyinin redaktoru politoloq Modest Kolerov isə erməni mətbuatına verdiyi müsahibədə bildirib ki, Bakıya səfər edənlər Rusiya prezidenti Vladimir Putinin tərəfdaşları kimi qəbul edilir. O, cəbhə bölgəsində keçirilən tədbirin təbliğat xarakterli olduğunu qeyd edib.

Duqin Bakıda verdiyi bəyanatda bildirib ki, Moskvanın mövqeyinə görə Qarabağ Azərbaycanın tərkib hissəsidir. Onun sözlərinə görə, Moskva, Bakı və İrəvanın münaqişənin həlli üzrə ilkin planı olub. Həmin plana əsasən, Ermənistan 5 rayonu Azərbaycana qaytarmalı, bununla da münaqişənin həlli üzrə ilkin mərhələ olmalı, daha sonra digər mərhələlər davam etdirilməli idi. Duqinin sözlərinə görə, Serj Sarkisyan baş nazir olana qədər məsələ ilə bağlı gözləməyi xahiş edib. Ancaq Ermənistanda baş verən məlum məsələlərə görə plan iflasa uğrayıb.

“Yalnız bilirəm ki, Serj Sarkisyanın belə bir planı olub. Ancaq buna bütün Ermənistanın siyasi klanı ilə yanaşı, Dağlıq Qarabağ tərəfi də onun əleyhinə olub. Ona görə də bu planın həyata keçirilməsi mümkünlüyündən danışmağa əsas yoxdur", deyə Kolerov bildirib.

Digər rusiyalı politoloq Vadim Dubnov da Duqinin Qarabağ münaqişəsinin həlli üzrə hər hansı planın mövcudluğu barədə danışması və bu planın mümkünlüyünü barədə səsləndirilən fikirlərə toxunub.

"Serj Sarkisyanın bu kimi danışıqlar apara biləcəyinə inanıram, ancaq bunu münaqişənin həlli üzrə plan hesab etmirəm. Münaqişənin həlli üzrə müzakirələrin tarixi boyu olduğu kimi Serj Sarkisyan son məqamda istefa verəcəyinə əsaslanaraq belə danışıqlar apara bilərdi. Mən bunu plan yox, danışıqlar ətrafında aparılan müzakirə hesab edirəm", - deyə Dubnov bildirib.

"Bakı Metropoliteni" işini BƏRPA ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR