DƏHŞƏTLİ QİSAS: Kəndlilər kəsici alətlərlə timsahlara hücum etdi -

İndoneziyada kəndlilər 300-ə qədər timsahı kəsici alətlərlə öldürüb.

Metbuat.az-ın məlumatına görə, buna səbəb timsahlardan birinin 48 yaşlı kəndlini parçalamasıdır. Bildirilir ki, kəndli ot toplamaq üçün timsahların saxlanıldığı fermanın ərazisinə daxil olub. Nəticədə o, yırtıcıların hücumundan xilas ola bilməyib.

Bundan qəzəblənən kəndlilər kəsici alətlərlə timsahların saxlanıldığı fermaya hücum çəkib. Onlar hesab edir ki, timsah ferması insanların məskunlaşdığı ərazidən uzaq yerdə salınmalıdır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR