"Məkkənin ən qədim fotosu" deyirdilər - SAXTA ÇIXDI

"Məkkənin ən qədim fotosu" deyirdilər - SAXTA ÇIXDI
07:48 18 İyul 2018
152 Dünya
Ölkə mətbuatı
A- A+

Məkkə, Mədinə və Qüdsün bir zamanlar çəkilən fotoları internet aləmində ən çox paylaşılan şəkillərdəndir.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə və Mədinəyə tətbiq etdiyi plansız yenidənqurma və tarixi əsərlərin yox edilməsi, Qüdsdə isə davam edən İsraillə qarşıdurma köhnə şəkil nostalgiyasının bu üç şəhərdə fokuslanmasının bəlkə də ən önəmli səbəbləridir.

İnternetdə tez-tez qarşımıza çıxan və "Məkkənin ən qədim fotosu" başlığı ilə təqdim edilən şəkil bizi yanlış yönləndirib. Diqqətlə baxanda əslində fotonun Səudiyyə Ərəbistanı və Qətərin ortaq layihəsi olan "Ömər" serialının çəkilişləri zamanı Mərakeşdə qurulan platforma olduğu görünür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/247691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR