İstanbulda daha bir təhlükəli terrorçu

Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbul şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində axtarışda olan daha bir təhlükəli terrorçu tutulub.

Metbuat.az xəbər verir ki, həbs olunan Meryəm Özsöğüt DHKP/C terror təşkilatının rəhbər şəxslərindən sayılır.

Onunla birlikdə daha iki şəxsin şübhəli qismində saxlanıldığı bildirilir. Terrorçunun tutulduğu evdən tapança, çoxlu sayda patron, terrorçuluqda istifadə olunan digər ləvazimat və ədəbiyyat ələ keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR