Bosniya Müharibəsi qurbanları 26 il sonra torpağa verildi

Bosniya Müharibəsi qurbanları 26 il sonra torpağa verildi
23:03 20 İyul 2018
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bosniya-Herseqovinanın şimalındakı Prijedor şəhərində Bosniya Müharibəsi (1992-1995) zamanı qətlə yetirilən və meyitləri kütləvi məzarlıqda tapılan 3 türkəsilli qurban üçün mərasim təşkil olunub.

Publika.az xəbər verir ki, müharibənin qurbanları üçün qılınan cümə namazından sonra dəfn mərasimi keçirilib.

Bosniya və Herseqovinanın İslam Birliyi Təşkilatının sədri Həsən Kavazovicin çıxışından sonra Fikrət Crljenkovic, Adəm Besic və Mehmed Mulalicin cənazələri dəfn olunub. Dəfn mərasimində ilk olaraq, 3 şəhid arasında ən gənci - 26 yaşında öldürülən Fikrət Crljenkovic torpağa verilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/248034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR