Almaniyadan qaytarılan miqrantlarla bağlı

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də ölkəmizə göndərilib.

Metbuat.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, readmissiya edilmiş 32 şəxsdən 2-nin - Bayramzadə Sinan Ədalət oğlu və Hüseynova Dilarə Qasım qızının etibarlı sərhədkeçmə sənədləri olduğuna görə barələrində DMX-ya readmissiya sorğusu daxil olmayıb.

DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə iyulun 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.

Bütün readmissiya edilən şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs - Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. / Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR