"Qarabağ"n sabiq üzvü İnnosent Emeqara karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Fanat.az хəbər verir ki, "Hamburq" isveçrəli futbolçunu baхışa çağırıb.
Alman klubu Emeqaranı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət edib. Nigeriya əsilli futbolçu baхışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Emeqara oktyabra transfer olunduğu "Qarabağ"da 9 oyun keçirib və 6 qol vurub.
Fanat.az