ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiya barəsində birtərəfli sanksiyaların sərtləşdirilməsi ideyasını dəstəklədiyini açıqlayıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin başçısı bu haqda Senatın xarici işləri üzrə komitəsində dinləmələrin gedişatında bildirib.

Xarici siyasət idarəsinin başçısı hazırda qüvvədə olan sanksiyaları qüvvədə saxlamağa çağırıb.

Respublikaçı senator Pob Portman isə şikayətlənib ki, Rusiyaya qarşı çoxsaylı sanksiyalar işləməyib.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. İndiki administrasiya tərəfindən aparılan işə baxmayaraq, Rusiyanın pisniyyətli fəaliyyəti əvvəlki kimi qalır” - öz növbəsində, Pompeo vurğulayıb.

Ömər