Pekindəki ABŞ səfirliyi qarşısında partlayış olub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış ABŞ-ın Pekindəki Tienz Lu küçəsində yerləşən səfirliyinin giriş qapısı qarşısında qeydə alınıb. Hadisə şahidlərininn sosial şəbəkələrdə paylaşdığı fotoşəkillərdə partlayışdan sonrakı duman və yerdə üzəri örtülü olan kişi meyiti görünüb.
Azad Asiya Radiosunun verdiyi məlumata görə, bir kişi səfirlik binasına bomba atmaq istəsə də, bomba əlində partlayıb. Partlayış nəticəsində çoxlu sayda adam yaralanda da, hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisə yerinə çoxlu sayda jurnalist getsə də, polis açıqlama verməkdən yayınıb.
Çin Kommunist Partiyasının "Qlobal Times" adlı nəşrinin yazdığına görə, polis üzərinə benzin töküb özünü yandırmaq istəyən qadını da ərazidən uzaqlaşdırıb.
Çin polisi hadisə ilə bağlı araşdırma aparır.
Günay Elşadqızı / METBUAT.AZ