XİN: Terrorçuların cinayət yoldaşı Suriyaya Türkiyə ərazisindən keçib

XİN: Terrorçuların cinayət yoldaşı Suriyaya Türkiyə ərazisindən keçib
17:52 12 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyə Xarici İşlər Nazirliyi Fransada terrorçuların cinayət yoldaşının Türkiyə ərazisindən Suriyaya keçdiyini təsdiqləyib".

Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, müəyyən olunub ki, Fransanın həftəlik “Charlie Hebdo” satirik jurnalına hücum edənlərin cinayət yoldaşı Hayat Boumedian yanvarın 2-də Türkiyəyə gəlib və yanvarın 8-də Suriya ərazisinə keçib.

Bundan əvvəl Fransa KİV terrorçuların cinayət yoldaşı H.Boumedianın Suriyaya Türkiyə ərazisindən qaçdığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, radikal islamçı dairələrlə əlbir olduqları ehtimal edilən terrorçular yanvarın 7-də Parisdəki həftəlik “Charlie Hebdo” satirik jurnalına hücum edərək 12 nəfəri güllələyiblər. Yanvarın 9-da isə yəhudilərə məxsus mağazada 20 nəfəri girov götürərək onlardan 4-nü öldürüblər. Terror aktları ilə bağlı Fransada 16 nəfər saxlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR