Rusiyanın ən gənc iş adamlarından olan Kahi Cordania Hollandiyada futbol klubu alıb.

Milli.Az xəbər verir ki, 24 yaşlı biznesmen "zanbaqlar ölkəsi"nin II Liqasında mübarizə aparan "Den Boş" klubunu alıb. Bu barədə onun sözçüsü məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında klubun alınması ilə bağlı aprel ayından etibarən danışıqlar aparılıb, razılıq isə bu həftənin əvvəlində əldə edilib.

Hollandiya Futbol Federasiyası satışı təsdiqlədiyini açıqlayıb. Cordanianın klubun səhmlərinin hamısını aldığı bildirilib. Lakin rus iş adamının klubu almaq üçün nə qədər pul ödədiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, 1965-ci ildə yaradılan klub bir dəfə Hololandiya çempionu olub.

Xatırladaq ki, Jupier Liqada mübarizə aparan "Den Boş" klubunda 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Ziya Əzizov da çıxış edir.

Elçin

Milli.Az