"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Leroy Corc karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu yüksək liqanın debütantı "Baniyas" klubu ilə bir illik müqavilə bağlayacaq. Leroyun son komandası Avstraliya "Melbrun"u olub.

Xatırladaq ki, L.Corc 2013-15-ci illərdə "Qarabağ"da çıxış edib.

Milli.Az