Tural İsmayılov

Köşə yazarı

09:59 10 May 2019 4254
A- A+

Heydər Əliyev haqqında deyə bildiklərim/ Baş Redaktordan

Elə insanlar var ki onlar haqqında saatlarla danışmaq olar.

Kitablara sığmayacaq yazılar yaza bilərsən.

Önəmli olan isə yekdil, qısa şəkildə içindəki hissləri deyə bilməkdir.

Tarixin o xalqları şanslıdır ki, onların taleyini dəyişən liderlər olur və o tarixi liderlər bir ölkəni, bir milləti, bir dövləti böyük bəlalardan xilas edərək gələcəyin bünövrəsini qoyur.

İstənilən düşüncəli və dünyagörüşlü insan bilir ki, bir lider o zaman öz xalqının qüruru, öndəri olur ki:

1) Xalqları daxili və xarici siyasi hücumlardan xilas edir,

2) Bir dövləti bütün təlatümlərdən və imperialist hücumlardan qoruyur,

3) Etdikləri ilə millətin qəlbində və yaddaşında iz qoyur,

4) Özündən sonra üçün də bir yol müəyyənləşdirir və o xətt dövləti hər keçən gün bütün dünyada söz sahibinə çevirir.


Əslində sadalanası nüanslar çoxdur.


Bir tək onu deyə bilərəm ki, yaxşı ki Ümumilli Liderimiz Heydər Əliyevdir, yaxşı ki Azərbaycan xalqı öz liderinə arxalanıb və çağdaş dünyada bu gün dövlətimiz öz sözünü deyə bilir.


Dünya liderlərinin Ümummilli Lider haqqında fikirlərindən bir neçəsini xüsusi bəyənirəm:

Herhard Şröder (Almaniya Federativ Respublikasının sabiq kansleri): Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

II İohan Pavel: Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.

Toni Bler (Böyük Britaniyanın keçmiş baş naziri): Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Heydər Əliyev bizim şərəf tariximizdir!

Tural İsmayılov/Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI