Tural İsmayılov

Köşə yazarı

13:30 03 İyul 2018 5505
A- A+

Bütün ölkə niyə qaranlığa qərq oldu? - Başlıqlar

Bir gecədə bütün ölkə, ya da ölkənin 80 faizi qaranlığa qərq oldu.

İnsafən aidiyyatı qurumlar anında reaksiya verdi, gecə ilə hamı iş başında idi.

Əslində belə də olmalı idi. Amma hadisə pis təsir yaratdı.

Axı biz yenicə ordumuzun möhtəşəm hərbi paradını keçirdik, hərbi təlimlərlə Ermənistandakı qorxaqların ürəyinə təlaş salmışdıq. Haylar da əla bilir ki, Azərbaycan regionun əsas enerji ölkəsidir.

Bir qəza ilə nə oldu bəs?

Panik Atak problemi olanlar təlaş keçirdi.

Şəkər və təzyiqi olanlar səhhətində ciddi narahatlıq hiss elədi. Və üstəlik ölkədə anomal istilərin hökm sürdüyü ərəfədə nə qədər adamın yuxuları ərşə çəkildi.

Problem hər yerdə olur, nə qədər bacarsaq da təmkinli ola bilmirik. Nə yaxşı gecə qaranlığında işləyən jurnalist həmkarlarımız var idi, məsələnin mahiyyətini öyrənirdilər.

Lakin bizim hər şey və hər hadisəyə "mırt" prizmasından yanaşan sosial şəbəkə qəhrəmanları bu mövzuda da zarafat axtarırdı. Kimi gülərək yazırdı ki, bu bəlkə Apokalipsis zülmətidir, kimi də qeyd edirdi ki, əsas ürəyinizdə işıq olsun.

Daha bir acınacaqlı durum da əsəbləri tarıma çəkilən insanların yuxusuna haram qatan uydurma şayiələr idi.

Biz internetin azadlığından maksimum istifadə edirik. Amma vəhdət olmaq üçün yox, lağlağı üçün, şikayət üçün, əsəbimizi püskürmək üçün.

Problemlərə bərabər işıq tutmalıyıq. Bizim gözəl ölkəmiz var, üzünüzdəki nuru və işığı itirməyin.

Aydınlıq beyin və qəlbdədir!

Tural İsmayılov/ Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI