Madrid "Atletiko"su növbəti transferini rəsmiləşdirib.
Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "hindular" Hollandiyanın PSV klubundan Santyaqo Ariası 11 milyon avroya transfer edib. Onun keçidi bonuslarla birgə 25 milyon avro edə bilər. Kolumbiya millisinin müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu PSV-yə 2013-cü ildə "Sportinq"dən keçib. O, ötən mövsüm Hollandiya klubunun heyətində 35 matçda 3 qol vurub.
Milli.Az