İspaniya müsəlmanları nəzarətə götürür

İspaniya müsəlmanları nəzarətə götürür
18:38 12 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/

İspaniya hökumətinin hazırladığı yeni qanun layihəsi mübahisələrə səbəb olub.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, qanun layihəsi sayəsində cəmiyyətdə müəyyən peşə sahibləri cihada meyilli gəncləri nəzarət altına götürə biləcək.

"Cihadçılara qarşı şok plan" başlığı altında hazırlanan qanunda müəllimlər, həkimlər və qonşular belə, ətraflarında gördükləri, təhsil verdikləri və müayinə etdikləri radikal dindarlar barədə ən yaxın səlahiyyətli şəxsləri xəbərdar edə biləcək.

İspaniyada yaşayan təqribən 1 milyon 500 min müsəlmana nəzarəti nəzərdə tutuan qanunun məqsədi cihada qoşulmaq istəyən gənclərə mane olmaqdır.

Qanun layihəsinin tətbiqinə əvvəlcə müsəlmanların sıx yaşadığı ərazilərdə başlanılacaq. Həmin ərazilərə xüsusi səlahiyyətli şəxslər təyin ediləcək. Bölgənin müəllim və həkimlərinə xüsusi səlahiyyətlər veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR