Polis girov götürülmüş qadını xilas etmək istəyərkən öldürdü

Amerikanın Los Angeles şəhərində 32 yaşlıGuillermo Perez adlı adam bir qadını bıçağıyla girov götürüb.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, hadisə yerinə gələn polislərin müdaxiləsi ilə həm adam, həm də qadın həyatını itirib. Həmin anlar polis kameraları tərəfindən çəkilib.

Şahidlər Perezin köhnə bir kilsənin yaxınlarında köhnə sevgilisini bıçaqladığını polisə bildirib. Hadisə yerinə gələn polis cani adamı hadisə ilə əlaqəsi olmayan məsum bir qadının boynuna bıçağı dayamış halda görüb. Bütün xəbərdarlıqlara baxmayaraq qadını buraxmaq istəməyən adama 3 polis məmuru müdaxilə edib.

Polisin açtığı atəş nəticəsində həm Perez, həm də 49 yaşlı Elizabeth Tollison adlı qadın həyatını itirib. Los Angelesdə 13 il sonra ilk dəfə bir girovun xilasetmə əməliyyatı zamanı həyatını itirdiyi açıqlanıb.

https://metbuat.az/news/1001707/agzinda-dis-ile-do...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR