Sinifdəki mübahisə ölümlə

Hindistanda Thoothukudi bölgəsində yerləşən bir orta məktəbdə iki şagird arasında çıxan mübahisə böyüdükdə qorxunc anlar yaşanıb.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, dava edən uşaqlardan biri əsəblərinə hakim ola bilmədikdə mübahisə etdiyi digər şagirdi yerə yıxıb. Yerə yıxılan uşaq bir anda hərəkətsiz qalıb.

Davaya şahidlik edən digər uşaqlar da həmin anları təəcüblə izləyib. Həmin anda huşunun yerində olmadığını bildirən uşaq xəstəxanaya yerləşdirilib. Xəstəxana işçiləri uşağın vəziyyətinin ciddi olduğunu bildirib.

Digər tərəfdən şagirdi yerə yıxan digər uşaq da hadisədən qısa müddət sonra ortalıqdan itib. Evinə getməyən uşaq üçün axtarışlar başladılıb və bu uşağın da cəsədi məktəbin yaxınlığındakı bir quyuda tapılıb.

Uşağın öldürülməsi və ya intihar etməsi ehtimalları ilə bağlı araşdırma başladılıb.



http://matbuat.az/news/1003149/inanilmaz-deyisikli...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR